Avro 2020 Avropa futbol çempionatının bu gün Olimpiya stadionunda keçiriləcək Türkiyə-Uels oyunu zamanı bağlanan küçə və prospektlər açıqlanıb.

Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya bildirib ki, Olimpiya stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib.

Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir.

Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən eləcə də H.Əliyev prospektilə 5 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.

Əvvəlcədən məlumat verildiyi kimi təkrarən bildiririk ki, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.

Məlum olduğu kimi azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyadaların isə Koroğlu metrostansiyasından nəzərdə tutulur.

Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaqdır. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik.

 

Digər xəbərlər

16 İyun 2021 Abituriyentlərin nəzərinə!
10 İyun 2021 Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Səhiyyə Nazirliyi
12 Yanvar 2021 Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib (FOTO)
27 Sentyabr 2020 Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - VİDEO
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
01 İyun 2019 Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİXLƏR açıqlandı
25 May 2019 Sabahdan etibarən Azərbaycanda 3 gün leysan gözlənilir
06 May 2019 Sürücülərin diqqətinə!
20 Aprel 2019 “Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq
15 Aprel 2019 2 nömrəli məktəbin müəlliminin iddialarına Təhsil Nazirliyinin CAVABI
11 Aprel 2019 Prezident Çingiz Abdullayevə “Şərəf” ordeni verdi
10 Aprel 2019 Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - SƏBƏB?
04 Aprel 2019 Ölkədən çıxışı olmayan şəxslər aeroportda borclarını ödəyə biləcək
01 Aprel 2019 İndiyə kimi 48 022 abituriyent ərizə verib
30 Mart 2019 Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib
29 Mart 2019 Apreldə 28 dərəcə isti olacaq
22 Mart 2019 Sabaha olan hava proqnozu açıqlandı
12 Mart 2019 Bu gün Novruzun Yel çərşənbəsidir
02 Mart 2019 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər
27 Fevral 2019 Güclü geomaqnit qasırğası başlayıb

 

 

Xəbər lenti