Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin və opera müğənnisi Bülbülün yeni heykəli ucaldılacaq.

 

Axşam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.

O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəylinin, həm də Bülbülün abidəsi olub:

"Üzeyir Hacıbəylinin heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".

A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib:

"Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.

 

Xəbər lenti