Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

 

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kəlbəliyev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

 

Qeyd edək ki, E.Kəlbəliyev Masazırda yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

 

 

 

Xəbər lenti