“Ölsəm şəhid, qalsam qazi olaram" anlaşıyı ilə fəaliyyət göstərən Türkiyə Silahlı Qüvvələri sıralarındakı xain və satqınlardan təmizləndikcə yeni-yeni uğurlar qazanır”.

 

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dəniz canavarı-2021” (“Dəniz kurdu”) hərbi təlimlərinə canlı bağlantı zamanı deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri bacarıq və qətiyyətlilik baxımından dünyanın ən hazırlıqlı ordularındandır: “Son zamanlar Aralıq dənizinin şərqində, Suriya və İraqdakı əməliyyatlarda ordumuzun qabiliyyətini görmək imkanı əldə etdik”.

 

 

 

Xəbər lenti